Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Xatirə İslam əsəbiləşdi: "Kim bildi-bilmədi yazır, mədə balonu... " - FOTO

Xatirə İslam əsəbiləşdi: "Kim bildi-bilmədi yazır, mədə balonu... " - FOTO


6-01-2023, 14:58. Yazar: Xeberaz






Müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Sənətçi əməliyyatla deyil, idman edərək arıqladığını təkidlə bəyan edib. Xatirə bunun əksini yazan izləyicilərinə əsəbiləşib:

"Yenə dayanmırsınız! Biri yazır, mədəkiçiltmə əməliyyatı etdirib. Digəri yazır, fotoşop etdirib. Bir başqası "mədə balonu etdirib" deyir. İnsanlar... mən bu dəfə özümü heç nəsiz sınaqdan keçirdim və bacardım. Hələ tam da istədiyim nəticəni almamışam. Amma davam edirəm, bu mənim öz metodumdur. Kim bildi-bilmədi, gördü-görmədi, yazır. Çörək, şirniyyat, qızartma... Hələlik bunları unudun!"

Məlumat üçün bildirək ki, ifaçı son zamanlar xeyli artıq çəki atıb. Xatirə bunu pəhriz və idman sayəsində etdiyini deyib. 



QALEREYA



Geri dön