Ana Sayfa > Karusel / Hadisə / Dünya > ABŞ-da ana və qızından DƏHŞƏTLİ ƏMƏL: 560 insanın cəsədini parçalayıb satdılar

ABŞ-da ana və qızından DƏHŞƏTLİ ƏMƏL: 560 insanın cəsədini parçalayıb satdılar


5-01-2023, 15:07. Yazar: Xeberaz

ABŞ-da ana və qızından DƏHŞƏTLİ ƏMƏL: 560 insanın cəsədini parçalayıb satdılar


ABŞ-da sahib olduqları cənazə evi vasitəsilə onlara çatdırılan 560 mərhumun cəsədini parçalayaraq satan iki qadın, ana və qızı həbs edilib.

 ABŞ məhkəməsi Koloradoda Sunset Mesa dəfn evini idarə edən Meqan Hess (46) və anası Şirli Koku (69) 2010-cu ildən cənazə işləri üçün onlara təhvil verilmiş 560 cəsədi parçalayaraq satdıqlarına görə 20 il həbs cəzasına məhkum edib.

Ana və qızı mərhumların ailələrindən 1000 dollar dəfn haqqı aldığı, daha sonra isə cəsədləri tikə-tikə doğradığı müəyyən edilib. İkili ötən ilin iyulunda təqsirli olduqlarını etiraf ediblər.

ABŞ-da orqanların satışı qeyri-qanuni olsa da, bədən hissələrinin satışı hazırda ABŞ federal qanunlarına görə açıq-aydın cinayət sayılmır, buna görə də məhkəmə ana və qızını mərhumların ailələrini aldatmaqda günahlandırıb.

Hadisəni araşdıran Federal Təhqiqat Bürosu (FTB) açıqlama verərək, iki qadının ən ağrılı anlarında ailələrinin etibarına xəyanət etdiklərini və sevdiklərini parça-parça etdiklərini vurğulanıb.  

"Unikal"


Geri dön