Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Gəncədə 36 kq narkotiki gizlədən qadın tutuldu - VİDEO - FOTO

Gəncədə 36 kq narkotiki gizlədən qadın tutuldu - VİDEO - FOTO


5-01-2023, 14:26. Yazar: Xeberaz



Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram marixuana da aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Məqaləyə dair fotomateriallar:




Geri dön