Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda tibb bacısı faciəvi şəkildə öldü

Azərbaycanda tibb bacısı faciəvi şəkildə öldü


4-01-2023, 14:03. Yazar: Xeberaz






Zaqatalada tibb bacısı dəm qazından boğularaq ölüb.

Hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Cavadxan küçəsində baş verib. 1981-ci il təvəllüdlü Əminə Fidail qızı Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Əminə Qardaşova Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırmış. 




 

Geri dön