Ana Sayfa > Karusel / Hadisə / M2 > Qoyun oğurlayan xalaoğlular tutuldu

Qoyun oğurlayan xalaoğlular tutuldu


30-08-2015, 00:15. Yazar: Xeberaz
Qoyun oğurlayan xalaoğlular tutuldu




Astara polisi mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirməyə nail olub.


Xəbəraz.az ans press-in verdiyi məlumata görə, keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, avqustun 26-da, saat 21:00 radələrində vətəndaş Cabbarov Arif Xudayar oğlu xalası oğlu Mirzəyev Şamxal Raqib oğlu ilə özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Mürsəlzadə Rövşən Yaşar oğlunun Astara rayonu Şahağacı kəndində yerləşən fermasına qanunsuz daxil olaraq oradan 7 (yeddi) baş qoyun oğurlamaqla zərər çəkmiş şəxs Rövşən Mürsəzadəyə 700 manat dəyərində maddi ziyan vurublar.

Bununla kifayətlənməyən Arif Cabbarov təkrarən avqustun 27-də, saat 03:00 radələrində xalası oğlu Şamxal Mirzəyevlə birgə qonşusu və qohumu Hüseynova Fərqanə Rəhman qızının Şahağacı kəndində olan həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan 1 baş qoyun oğurlamaqla zərər çəkmiş şəxsə 100 manat dəyərində maddi ziyan vurub.

Astara rayon PŞ-nin İB-nin baş müstəntiqi Samir Həsənov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, artıq faktla bağlı CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlanaraq Mirzəyev Şamxal Raqib oğlu və Cabbarov Arif Xudayar oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Xalaoğluların daha hansı cinayətdə əli olmalarına və oğurluq malların taleyinə istintaq aydınlıq gətirəcək.
Geri dön