Ana Sayfa > Karusel / Maraqlı > Payız incisi ƏZGİLİN 10 faydası

Payız incisi ƏZGİLİN 10 faydası


2-01-2023, 11:39. Yazar: Xeberaz



Bağırsaqları, qanı toksinlərdən, ağır metallardan, radiasiyadan təmizləyir.

Azərbaycanda da yetişən əzgil C, A, B vitaminləri, fol turşusu, kaliy, kalsium, dəmir, sink, selinlə zəngindir.

Yəni bir ovuc əzgildə bir sutkalıq insan orqanizminin tələb etdiyi mikroelementlər var.

Sizə əzgilin 10 faydasını təqdim edirik.

1. İshal zamanı bir qədər bərk əzgil yeyilir.

2. Qəbizliyi olanlar əzgili axşamdan suda isladıb səhər yesin

3. Bağırsaqları, qanı toksinlərdən, ağır metallardan, radiasiyadan təmizləyir

4. Qanda xolesterini azaldır, damarları sağaldır

5. Ürək və beyin damarlarını açır, ürək xəstələrinin dərmamıdır


6. Ağciyərləri təmizləyir,bəlğəmi tökür

7. Böyrəkləri daş və kristallardan təmizləyir

8. Əzib saça, üzə maska etmək olar

9. Dəmləməsi dəri xəstəliklərində içilir, bədənə çəkilir

10. Ümumi virus və iltihab əleyhinə təsir edir. 



Geri dön