Ana Sayfa > Karusel / Hadisə > Bakıda dəhşətli qəzada ölən 5 nəfərin kimliyi bilindi - ADLAR

Bakıda dəhşətli qəzada ölən 5 nəfərin kimliyi bilindi - ADLAR


2-01-2023, 11:32. Yazar: Xeberaz



Bakıda ağır yol qəzası nəticəsində ölənlərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, "Ulduz" metrostansiyası yaxınlığında qeydə alınan hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Onlar "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev;

Sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova;

1997-ci il təvəllüdlü Jalə Aslanova;

2001-ci il təvəllüdlü Könül Namazova;


"Toyota"nın sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.

Qeyd edək ki, ilkin məlumata görə, qəza "Mercedes"in digər maşının yoluna çıxması səbəbindən baş verib.


Geri dön