Ana Sayfa > Karusel / Gündəm > Bugün bu saatlarda mərkəzdə 3 yerdə konsert olacaq

Bugün bu saatlarda mərkəzdə 3 yerdə konsert olacaq


31-12-2022, 11:54. Yazar: Xeberaz



Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə konsert proqramları təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, dekabrın 31-i saat 15-00-dan 16-00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində 3 yerdə (1 - Natəvanın heykəlinin qarşısı, 2 - Xaqani bağı və 3 - Fəvvarələr bağı McDonald's-in qarşısı) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları (muğam - trio, skripka - trio, caz musiqisi) təşkil ediləcək.



İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit



Geri dön