Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda tıxac problemi: dövlət qurumları aciz qalıb

Bakıda tıxac problemi: dövlət qurumları aciz qalıb


30-12-2022, 11:38. Yazar: Xeberaz



Bakıda insanların əziyyət çəkdiyi tıxac problemi qarşısında dövlət qurumlarının aciz qaldığı görünür.

Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, gün ərzində hər kəs 2-3 saat tıxaclarda qalır. "Bu isə iqtisadiyyatımıza ciddi zərbə vurur. Təklif edirəm ki, problemin həll olunması üçün şəffaf tender keçirək.


Malayziyadan, Monqolustandan yaxud digər bir ölkədən şirkət gəlib, problemin həlli ilə bağlı konkret layihə hazırlasın. Bu sahədə problemlər göz önündədir. Metrodan elə şəkillər paylaşılır ki, orada hərəkət etməyin mümkün olmadığı aydın görünür", - deyə deputat əlavə edib.



Geri dön