Ana Sayfa > Karusel / Hadisə / Gündəm / Xəbəraz TV > Bakıda qoçu xanım sürücü peyda oldu - Yolu kəsib maşına zərbələr endirdi - VİDEO

Bakıda qoçu xanım sürücü peyda oldu - Yolu kəsib maşına zərbələr endirdi - VİDEO


29-12-2022, 15:22. Yazar: Xeberaz






Bakıda qoçu xanım sürücü peyda olub.

Hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib.

Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib.

Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr vurub. Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

Sözügedən videonu təqdim edirik:



VİDEO

H


Geri dön