Ana Sayfa > Karusel / Hadisə > Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb


29-12-2022, 15:18. Yazar: Xeberaz



Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Gavran kəndində olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




Geri dön