Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Pensiyalar və müavinətlərlə bağlı ŞAD XƏBƏR - Yanvarın 1-dən artımlar olacaq
Pensiyalar və müavinətlərlə bağlı ŞAD XƏBƏR - Yanvarın 1-dən artımlar olacaq27-12-2022, 09:46. Yazar: Xeberaz |
Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib. O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb. "Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik. Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə Himalay Məmişov vurğulayıb. Geri dön |