Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda bu gün aldığı 100 min manatlıq avtomobil ilə qəzaya düşüb, xəsarət alan var - FOTO

Bakıda bu gün aldığı 100 min manatlıq avtomobil ilə qəzaya düşüb, xəsarət alan var - FOTO


23-12-2022, 12:11. Yazar: Xeberaz



Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.

Yol nəqliyyat hadisəsi Babək prospektində baş verib.

"İsuzu" markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobilə çırpılıb.

Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb.

Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Toyota Prado" markalı minik avtomobilinin sahibi bildirib ki, o avtomobili elə bu gün alıb.

2022-ci il istehsalı olan avtomobilin bazar qiyməti isə 102 min manatdır.


Məqaləyə dair fotomateriallar:




Geri dön