Ana Sayfa > Karusel / Hadisə > Ələt-Astara yolunda dəhşətli qəza - Ana və oğlu öldü

Ələt-Astara yolunda dəhşətli qəza - Ana və oğlu öldü


23-12-2022, 12:08. Yazar: Xeberaz






Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Geri dön