Ana Sayfa > Karusel / Təhsil / Gündəm > Azərbaycanda tələbələri sevindirəcək YENİ QƏRAR

Azərbaycanda tələbələri sevindirəcək YENİ QƏRAR


21-12-2022, 09:54. Yazar: Xeberaz



Sosial təhsil krediti veriləcək tələbələrin əhatə dairəsi genişləndirilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsil kreditindən yararlananların siyahısına əhalinin sosial qrupuna aid daha 2 kateqoriyadan olan tələbələr əlavə edilib.

Yeni qərara görə həm müharibə veteranı olmuş tələbələr, həm də ailə başçısını itirdiyi üçün əmək pensiyası alan tələbər də sosial təhsil tələbə kreditindən yararlana biləcəklər.

Qeyd edək ki, 1 il ərzində Fonda 18 minə yaxın tələbə müraciət edib. Onlardan 11 min 500 tələbəyə təhsil tələbə krediti verilib.




Geri dön