Ana Sayfa > Karusel / Hadisə > Biləsuvarda FACİƏ - 79 yaşlı qadın yanaraq öldü

Biləsuvarda FACİƏ - 79 yaşlı qadın yanaraq öldü


20-12-2022, 11:29. Yazar: Xeberaz

Biləsuvarda FACİƏ - 79 yaşlı qadın yanaraq öldü (YENİLƏNİB)


DİN Biləsuvarda baş verən yanğın barədə məlumat yayıb.

DİN-dən  verilən məlumata görə, dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön