Ana Sayfa > Karusel / Hadisə > Azərbaycan sərhədini keçdilər, çobanı bıçaqladılar

Azərbaycan sərhədini keçdilər, çobanı bıçaqladılar


19-12-2022, 11:53. Yazar: Xeberaz



Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.

Hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.


Faktla bağlı araşdırma aparılır.



Geri dön