Ana Sayfa > Karusel / Hadisə > Ana və iki körpəsi dəm qazından zəhərləndilər

Ana və iki körpəsi dəm qazından zəhərləndilər


17-12-2022, 12:38. Yazar: Xeberaz

Ana və iki körpəsi dəm qazından zəhərləndilər


Qazaxda zəhərlənmə faktı qeydə alınıb. 

Hadisə rayonun Qarapapaq kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Türkan Yusifova, onun övladları 2018-ci il təvəllüdlü Damla Yusifova və 2019-cu il təvəllüdlü Yusif Yusifov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.


Geri dön