Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda DƏHŞƏT: Sərxoş ata oğlunu güllələdi

Azərbaycanda DƏHŞƏT: Sərxoş ata oğlunu güllələdi


15-12-2022, 11:30. Yazar: Xeberaz



Daşkəsəndə güllələnmə hadisəsi olub.

Xeberaz.Az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə baş verib.

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.



Geri dön