Ana Sayfa > Karusel / Hadisə > Təcili yardım maşınının sərxoş sürücüsü piyadanı vuraraq ÖLDÜRDÜ

Təcili yardım maşınının sərxoş sürücüsü piyadanı vuraraq ÖLDÜRDÜ


14-12-2022, 11:38. Yazar: Xeberaz

Təcili yardım maşınının sərxoş sürücüsü piyadanı vuraraq ÖLDÜRDÜ


Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə Ağsu rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsü İlkin Vəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə 103 nömrəsinə edilən çağırış əsasında tibb işçilərini xəstənin evinə apararkən rayonun Qaraqaşlı kəndi ərazisində yolu keçən piyadanı, 1986-cı il təvəllüdlü Natiq Bəkirovu vurub. Yaralı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə sürücü iş vaxtı spirtli içkinin təsiri altında təcili tibbi yardım avtomobili idarə edirmiş. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



Geri dön