Ana Sayfa > Karusel / Hadisə > Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var


13-12-2022, 10:25. Yazar: Xeberaz






Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az apa-ya istinadən xəbər verir ki, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Geri dön