Ana Sayfa > Karusel / M / Gündəm > DTX-nin əməkdaşları Ulu Öndərin xatirəsini yad ediblər

DTX-nin əməkdaşları Ulu Öndərin xatirəsini yad ediblər


12-12-2022, 17:13. Yazar: Xeberaz



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad ediblər.

Bu barədə  DTX-nin mətbuat xidmətindən məlumat veriblər.

Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb.





Geri dön