Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanlı hakimlər oyundan qayıdarkən qəzaya düşdülər - FOTO

Azərbaycanlı hakimlər oyundan qayıdarkən qəzaya düşdülər - FOTO


11-12-2022, 11:33. Yazar: Xeberaz



Yevlaxda Tanrıqulular kəndində "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində bu gün keçirilmiş "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, "Qaradağ Lökbatan"ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olubsa, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.


Məqaləyə dair fotomateriallar:



Geri dön