Ana Sayfa > Karusel / Hadisə > Bakıda yolka quran 12 yaşlı qız 6-cı mərtəbədən yıxılaraq öldü

Bakıda yolka quran 12 yaşlı qız 6-cı mərtəbədən yıxılaraq öldü


11-12-2022, 11:13. Yazar: Xeberaz



Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.

Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

APA



Geri dön