Ana Sayfa > Karusel / Hadisə / Gündəm > DİN və DSX birgə əməliyyat keçirdi - İran vətəndaşları saxlanıldı

DİN və DSX birgə əməliyyat keçirdi - İran vətəndaşları saxlanıldı


10-12-2022, 14:05. Yazar: Xeberaz

DİN və DSX birgə əməliyyat keçirdi - İran vətəndaşları saxlanıldı


Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. 

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.



Geri dön