Ana Sayfa > Karusel / Hadisə > DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ÖLDÜ

DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ÖLDÜ


7-12-2022, 11:39. Yazar: Xeberaz

DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ÖLDÜ


30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

Bununla bağlı DSX məlumat yayıb. 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.



Geri dön