Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı

Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı


5-12-2022, 13:11. Yazar: Xeberaz







Lənkəranda intihara cəhd olub.

Hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran Dövlət Universitetinin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.



Geri dön