Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - FOTO

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - FOTO


3-12-2022, 13:42. Yazar: Xeberaz



Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində bir ailənin 4 üzvü qətlə yetirilib.

 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürüb.

Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyib.

Qətlə yetirilən bir ailənin 4 üzvü bu gün Beyləqan rayonu Eyvazalılar kənd qəbiristanlığında dəfn olunur.


Məqaləyə dair fotomateriallar:




Geri dön