Ana Sayfa > Karusel / Gündəm / M2 > Yeni tikiləcək 9 metrostansiyanın ÜNVANLARI BİLİNDİ - NZS, "Nargilə kafesi"...
Yeni tikiləcək 9 metrostansiyanın ÜNVANLARI BİLİNDİ - NZS, "Nargilə kafesi"...30-11-2022, 11:44. Yazar: Xeberaz |
"Bakı Metropoliteni tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Bunlardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında inşa olunacaq". Bu barədə atv səhər-ə danışan Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, 2 stansiya Ziya Bünyadov prospektindən, 3-cü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın tikiləcək: “Xətai” stansiyasından sonra Ağ şəhər kimi böyük layihəmiz var. Eyni zamanda NZS adlanan qəsəbəyə doğru - 8 noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyanın inşası nəzərdə tutulur". VİDEO Geri dön |