Ana Sayfa > Karusel / Gündəm / M2 > Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər keçirilir

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər keçirilir


28-11-2022, 11:01. Yazar: Xeberaz



Bölgələrə müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə oktyabrın 31-dən etibarən AYNA və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər həyata keçirir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafı da daxil olmaqla keçirilən reydlər çərçivəsində bu günədək 2722 avtonəqliyyat vasitəsi saxlanılıb:

"553 halda AYNA əməkdaşları İnzibati Xətalar Protokolu tərtib ediblər. 1975 avtonəqliyyat vasitəsinin sürücüsü isə məlumatlandırılıb və onlara xəbərdarlıq olunub. Reydlər davam etdirilir", - açıqlamada bildirilir.




Geri dön