Ana Sayfa > Karusel / Şou-Biznes > "Buna görə toy qiymətim qalxdı" - Şəbnəm Tovuzlu

"Buna görə toy qiymətim qalxdı" - Şəbnəm Tovuzlu


28-11-2022, 10:59. Yazar: Xeberaz



"Mahnı var ki, 2 minə, 3 minə, 6 minə də almışıq. Tək mahnını bu qiymətə alırıq".

Bunu müğənni Şəbnəm Tovuzlu qonaq olduğu verilişdə açıqlayıb.

O, 9000-ə aldığı mahnıdan da danışıb:

""Ömrüm" mahnısını aranjemanla bir yerdə 9 minə müğənni Şöhrətdən aldım. Şöhrət sənət yoldaşım olsa da, mənə endirim etmədi. Produserim endirim etməsini desə də, 9 mində qaldı. Bu bahalı mahnının 10 aya 19 milyon baxışı var. Dinləyicilər tərəfindən sevildi. Xərclədiyim pulu çoxdan çıxarmışam. Bu mahnıya görə toy qiymətim də artdı".




Geri dön