Ana Sayfa > Karusel / Gündəm > Hava kəskin dəyişəcək, yağış, şaxta... - XƏBƏRDARLIQ
Hava kəskin dəyişəcək, yağış, şaxta... - XƏBƏRDARLIQ27-11-2022, 11:27. Yazar: Xeberaz |
Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur. Geri dön |