Ana Sayfa > Karusel / Gündəm > Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq

Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq


25-11-2022, 10:47. Yazar: Xeberaz



31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.




Geri dön