Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi - FOTO

Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi - FOTO


24-11-2022, 15:27. Yazar: Xeberaz



Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.


Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.


Məqaləyə dair fotomateriallar:








 

Geri dön