Ana Sayfa > Karusel / Hadisə > Məzuniyyətdə olan hərbçi qəza törətdi - Ölən var

Məzuniyyətdə olan hərbçi qəza törətdi - Ölən var


22-11-2022, 10:48. Yazar: Xeberaz



Qusarda ağır yol qəzası baş verib.

Rayonun Hil kəndi ərazisində 1994-cü il təvəllüdlü Hüseynov Tural Tərlan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobillə 1993-cü ildə anadan olmuş Kamil Ədilxanovun sürdüyü "VAZ 2107" toqquşub.

Nəticədə K.Ədilxanov aldığı xəsarətlərdən vəfat edib. T.Hüseynov isə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, T.Hüseynov "N" saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur və qəza o, məzuniyyətdə olduğu zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.




Geri dön