Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda ağır qəza - Axund öldü - YENİLƏNİB

Lənkəranda ağır qəza - Axund öldü - YENİLƏNİB


19-11-2022, 12:18. Yazar: Xeberaz



10:11

Lənkəranda yol qəzasında xəsarət alan axund ölüb.

Məlumata görə, Əkrəm Cəlal oğlu Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

-------

21:32

Lənkəranda yol qəzası baş verib.

Hadisə Mamusta kəndi ərazisində baş verib.

Üç təkərli "Murovey" motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.



Geri dön