Ana Sayfa > Karusel / Hadisə > Sərnişini bıçaqlayan "Prius"un sürücüsü saxlanıldı

Sərnişini bıçaqlayan "Prius"un sürücüsü saxlanıldı


18-11-2022, 12:47. Yazar: Xeberaz

Sərnişini bıçaqlayan "Prius"un sürücüsü saxlanıldı - VİDEO


Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.


Geri dön