Ana Sayfa > Karusel / Hadisə > “Azərişıq”ın vəzifəli şəxsi ailəsi ilə qəzaya düşdü - Xanımı öldü (YENİLƏNİB)

“Azərişıq”ın vəzifəli şəxsi ailəsi ilə qəzaya düşdü - Xanımı öldü (YENİLƏNİB)


18-11-2022, 12:02. Yazar: Xeberaz

“Azərişıq”ın vəzifəli şəxsi ailəsi ilə qəzaya düşdü - Xanımı öldü (YENİLƏNİB)


Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri - həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qadın xəstəxanada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***10:37

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Emil Əkbərlinin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Suğra Əkbərli aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.



Geri dön