Ana Sayfa > Karusel / Hadisə > Bakıda vətəndaşın mənzilinə qumbara və qərənfil qoyan şəxs saxlanıldı

Bakıda vətəndaşın mənzilinə qumbara və qərənfil qoyan şəxs saxlanıldı


18-11-2022, 11:48. Yazar: Xeberaz



Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd "F-1" markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan "F-1" markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.




Geri dön