Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda kişini boşandığına görə döydülər

Bakıda kişini boşandığına görə döydülər


28-08-2015, 14:17. Yazar: Xeberaz
Bakıda kişini boşandığına görə döydülər
İnsident avqustun 26-da baş verib.

Avqustun 26-da Bakının Xəzər rayonunun Binə qəsəbəsində xuliqanlıq törədilib.

1984-cü il təvəllüdlü Bağırov Adil Dadaş oğlu rayonun 1 saylı polis şöbəsinə müraciət edib.

Xəbəraz.az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

A.Bağırov bildirib ki, avqustun 26-da saat təqribən 23:00-da üçünün maskalı olduğu dörd naməlum şəxs onu həyat yoldaşı 1988-ci il təvəllüdlü Samirə Zaidova ilə boşandığına görə döyüblər.

Faktla bağlı araşdırma aparılır.
Geri dön