Ana Sayfa > Karusel / Gündəm / M2 > Terrorda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur - XİN

Terrorda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur - XİN


14-11-2022, 12:27. Yazar: Xeberaz



İstanbulun mərkəzində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu  Xarici İşlər Nazirliyindən bildiriblər.

"Bizə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb", - qurumdan bildiriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.




Geri dön