Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bu ərazidə həyət evləri söküləcək - Sakinlərə hündürmərtəbəli binadan mənzillər veriləcək

Bu ərazidə həyət evləri söküləcək - Sakinlərə hündürmərtəbəli binadan mənzillər veriləcək


13-11-2022, 13:03. Yazar: Xeberaz



Yasmal rayonu Alatava 1 yaşayış massivindəki bəzi həyət evləri söküləcək. Sökülən evlərin yerində isə hündürmərtəbəli binalar inşa olunacaq.

Söhbət Əbdülvahab Salamazadə və Şəfaət Mehdiyev küçələri arasındakı ərazidən gedir. Dar küçələri olan və bir-birinə yaxın tikilmiş evlərin gələn il söküləcəyi planlaşdırılır.

Yasamal rayonu İcra Hakimiyyətindən Real TV-yə bildirilib ki, Alatava və İnşaatçılar metrosu ətrafındakı həyət evlərinin sökülərək yeni binaların tikilməsi ilə bağlı məsələ gündəmdədir.




Geri dön