Ana Sayfa > Karusel / Hadisə > Bakıda 2 azyaşlı qardaş siçan dərmanını Jelibon bilərək yedilər - Hər ikisi öldü

Bakıda 2 azyaşlı qardaş siçan dərmanını Jelibon bilərək yedilər - Hər ikisi öldü


12-11-2022, 12:59. Yazar: Xeberaz



Bakıda dəhşətli hadisə baş verib.

Bu barədə məlumatı manset.az yayıb.


Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək vəfat ediblər. Hadisə baş verən evin qonşuları saytımıza bildirib ki, 5 yaşlı şərti adı E.Ə və 3 yaşlı şərti adı O.Ə olan uşaqlar səhvən siçan dərmanını "Jelibon" bilərək yeyiblər. Sonra hər iki qardaş birdən yerə yıxılaraq vəfat ediblər.

Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş. Dərmanın daxili orqanları parçalamaq xüsusiyyəti var.




Saglamolun.Az


Geri dön