Ana Sayfa > Karusel / Gündəm > Bazar gününün HAVAsı

Bazar gününün HAVAsı


12-11-2022, 12:35. Yazar: Xeberaz



Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütununda 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.




Geri dön