Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Beynəlxalq Hava limanında yanan avtomobil söndürüldü - VİDEO

Beynəlxalq Hava limanında yanan avtomobil söndürüldü - VİDEO


8-11-2022, 11:33. Yazar: Xeberaz






Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən verilən məlumata görə, AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Geri dön