Ana Sayfa > Karusel / Gündəm > Bu günün HAVASI: Qar yağacaq

Bu günün HAVASI: Qar yağacaq


7-11-2022, 12:47. Yazar: Xeberaz




Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 8-10°, gündüz 13°-dək isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.



Geri dön