Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda tükürpədən olay - Toyuna hazırlaşan qız gözəllik salonuna gedərkən qəzada öldü

Azərbaycanda tükürpədən olay - Toyuna hazırlaşan qız gözəllik salonuna gedərkən qəzada öldü


7-11-2022, 11:57. Yazar: Xeberaz


Yevlaxda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfərin axtarışları davam etdirilir. 

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb. Nəticədi F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər  sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.



Geri dön