Ana Sayfa > Karusel / Gündəm > AYB-dən 203 min manatla bağlı qalmaqala YENİ MÜNASİBƏT: Hər ikisi haqlıdır

AYB-dən 203 min manatla bağlı qalmaqala YENİ MÜNASİBƏT: Hər ikisi haqlıdır


1-11-2022, 10:33. Yazar: Xeberaz



Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Qəşəm Nəcəfzadə İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub.

AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatla bağlı yaranan qalmaqaldan danışılıb.

Qəşəm Nəcəfzadə məsələ ilə bağlı danışarkən bildirib ki, həm jurnalist, həm də Çingiz Abdullayev haqlı olub: "Media qanununa əsasən, jurnalistin informasiya almaq, vəzifəli şəxsin isə ona məlumat vermək hüququ var. Amma baxır harada. Mən ona görə dedim ki, hər ikisi haqlıdır".


Geri dön