Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Efirdə meyxanaçılara ağır ittiham: "İran ideologiyasını meyxanaçılar vasitəsilə yayır" - VİDEO

Efirdə meyxanaçılara ağır ittiham: "İran ideologiyasını meyxanaçılar vasitəsilə yayır" - VİDEO


27-10-2022, 11:23. Yazar: Xeberaz






AzTV-nin efirində gedən "Əsas məsələ" proqramında meyxanaçılara ciddi iradlar tutulub.

Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov bu barədə danışarkən bildirib ki, İran meyxanaçılar üzərindən Azərbaycanda öz niyyətlərini təbliğ etmək istəyir.

"Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə cəmiyyətin içərisindədir. Onlar İrana lazım olan ideologiyanı, fikirləri məhz meyxanaçılar vasitəsilə yayırlar. Bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz nəticəyə uğradı. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini həm də Azərbaycan arzulayır", - deyə A.Qurbanov vurğulayıb. 



VİDEO



Geri dön