Ana Sayfa > Karusel / Hadisə / Gündəm > Bakıda 3 qız itkin düşdü - Onlardan biri...

Bakıda 3 qız itkin düşdü - Onlardan biri...


25-10-2022, 10:32. Yazar: Xeberaz

Bakıda 3 qız itkin düşdü - Onlardan biri...


Bakıda 3 qız itkin düşüb, onlardan 1-i tapılaraq sığınacağa yerləşdirilib.

Məlumatına görə, Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Hətəmxanova Zilan yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Həmçinin 2008-ci il təvəllüdülü Allahverdiyeva Şəlalə "Nərimanov" parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma Nərimanov RPİ-də aparılır.

Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.




Geri dön